Rəqsanə qalmaqal yaşadığı prodüserə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanə qalmaqal yaşadığı prodüserə başsağlığı verdi

Şou

26 İyul 2021 16:02 1508


Müğənni Rəqsanə İsmayılova küsülü olduğu prodüser təranə Səmədovaya başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, prodüserlə qalmaqal yaşayan Rəqsanə sosial şəbəkə hesabında onun anası ilə bağlı paylaşım edib:

“Həyatda övlad üçün yeganə əziz varlıq valideyndir. Deyirlər, uşaq atadan yox, anadan yetim qalır. Təranə ilə münasibətim olmasa da, İradə xalanı çox istəyirdim. Ondan heç zaman inciməmişəm. Çox yaxşı insan idi. Bilmirəm, nədən başlayım, sözüm nədə qurtarsın, donmuşam. Allah rəhmət etsin. İradə xala, məkanın cənnət olsun. Təranəylə aramızda nə baş versə də, İradə xalaya, qızı Suelə toxunmadım. Onların adını hallandırmadım. Kiməsə sözüm varsa, özü haqda deyirəm. Baxmayaraq ki, Təranə həmişə mənim ailəmdən başlayıb. Köhnə məsələlərə qayıtmıram”. pizza sifarişi

O, Təranəyə səbr arzulayıb:

“Allah Təranəyə səbr, dözüm versin. İradə xalanın həyatda olmamağı çox çətin olacaq. Sueldən başqa heç kimi yox idi. İradə xala onun arxa-dayağı idi. Mökəm ol, həyatla barışıb övladını böyütməlisən. Bu həyatda başın nələr çəkmədi... Suel üçün ayaqda durmalısan”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!