Rəqsanənin əmlaklarına həbs qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanənin əmlaklarına həbs qoyuldu

Şou

18 Aprel 2024 13:16 926


Müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub.

Yenisabah.az qaynarinfo.az-a istinadla xəbər verir ki, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova onu icra etməyib.

İcra məmurları Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub. Pepperoni pizza

Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

Müğənni xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib: "Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!