Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət etdi

Sosial

16 Sentyabr 2019 11:36 1078


Xəbər verdiyimiz kimi, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib. Bu məsələdən xəbər tutan pilotun ailəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azvision.az-a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, DTX rəisi Əli Nağıyevə ünvanlanan müraciətdə həmin şəxslərin tapılması xahiş edilib.

"Bu, həm şəhidi, həm də şəhidin ailəsini nüfuzdan salmaq məqsədi güdür. Pul dilənçiliyi həyata keçirdiyi üçün həmin şəxslər tapılaraq məsuliyyətə cəlb edilməlidir". Pepperoni pizza

Q.Hüseynli Müdafiə nazirinin də məsələdən xəbərdar olduğunu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!