Rəşad Atakişiyevin məzar daşı hazırdır -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Atakişiyevin məzar daşı hazırdır - Fotolar

Sosial

10 Sentyabr 2019 13:35 2415


Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin məzar daşı hazırlanıb. 

"Yeni Sabah" Unikal.org-a istinadən xəbər verir ki, pilotun məzarı üzərinə fotosu qoyulub, sinə daşı Azərbaycan bayrağı ilə örtülüb.

Şəhid Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli bildirib ki, məzar daşı dövlət tərəfindən sifariş verilərək hazırlanıb: Marqarita pizza

“Hazırda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı istintaq gedir. Bizə verilən məlumata görə, Rəşad Atakişiyevin ailəsi xüsusi mükafatla təltif ediləcək. Çünki o, döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Həmçinin Rəşadın ailəsinə onun hərbçi kimi sığorta pulunun ödənilməsi qərarı da verilib. Yaxın günlərdə həmin ödəniş ailəsinə təqdim olunacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!