Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı - Video

Sosial

09 Sentyabr 2019 08:07 1109


Mərhum pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb.

"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, qardaşı Nicat Atakişiyev məzarı ziyarət edən zaman üzərində məktub olduğunu görüb. Məktubu oxuyanda çox təsirləndiyini deyən Nicat Atakişiyev orada yazılanları Xəzər Xəbərlə bölüşüb.

Mərhum hərbi pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb. Marqarita pizza

Şəhidin qardaşı Nicat Atakişiyev qardaşının məzarını ziyarət edərkən qəbrin üzərində məktub olduğunu görüb. Nicat Atakişiyev şəhidimizə olan sevgi və hörmətin əks olunduğu bu məktubu oxuyanda çox təsirləndiyini deyib.

"Tanıyan, tanımayan nə çox sevənin varmış komandir. Mən səni qəzaya düşməmişdən əvvəl tanımayanlardan biriyəm. Şəhid düşmə xəbərini aldığım anda bircə kəlmə deyə bilmədim.

Son nəfəsimə qədər səni anacam. Ruhun şad olsun!" deyə məktubda qeyd olunub.

Nicat Atakişiyev tapdığı məktubu sosial şəbəkələrdə də paylaşıb.

Xatırladaq ki, şəhid Rəşad Atakişiyevin idarə etdiyi hərbi təyyarə iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!