Rəşad Dağlı karantini pozdu, polis protokol tərtib etdi

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Dağlı karantini pozdu, polis protokol tərtib etdi

Hadisə

20 Aprel 2021 18:35 838


Tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov Rəşad Vaqif oğlu) növbəti dəfə karantini pozub.

Yenisabah.az xəbər verir ki, aprelin 19-da Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, məclisdə meyxanaçı Rəşad Dağlı da iştirak edib. Dördpendirli pizza

Rəşad Dağlı və onun dostları karantin qaydalarını pozduqları üçün ümumilikdə 82 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, Rəşda Dağlı ötən ilin avqust ayında da karantin qaydalarını pozduğu üçün cərimələnmişdi. O, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində iştirak etmişdi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!