"Rəşad, karyeranı bitir, milliyə gəl!" – Ramil Şeydayev

saytların hazırlanması

Evə çatdırılma

"Rəşad, karyeranı bitir, milliyə gəl!" – Ramil Şeydayev

İdman

18 Fevral 2020 13:13 752


"Sabah"ın yeni transferi Ramil Şeydayev İTV-də yayımlanan "Bol idman" verilişində qonaq olub. "Yeni Sabah" xəbər verir ki, verilişdə hücumçunun "Sabah"la anlaşmasından, millinin boş qalan baş məşqçi postuna kimin gətirilməsinin lazımlı olduğundan və.s məsələlərdən danışılıb. Millimizin 23 yaşlı futbolçusu "Baş məşqçi kimi görmək istəyirsiniz" sualına cavabında bildirib ki, millidə Rəşad Sadıqovu görmək istəyər: "Mənim üçün önəmli olan millinin baş məşqçisinin kim olması deyil. Çünki mənim işim oynamaqdır. Lakin ümumi götürsək, uğur qazanmağın çox hissəsi məşqçidən də asılıdır. Ancaq ona da yaxşı material lazımlıdır. Rəşad karyeranı bitir, milliyə gəl (gülür)... Mən onu millidə görmək istəyərəm. İnanıram ki, bu iş gələcəkdə onda alınar. Mən onunla millidə və "Qarabağ"da oynamışam. Onun məşqçi kimi üstünlüyü müasir futbola yanaşmasıdır. Azərbaycanda bir çox məşqçi köhnə dövrdə oynayıb. Onlar üçün indi çətindir. Rəşad isə gənc məşqçidir, komandasına müasir futbolu oynada bilər. Şəxsi fikrim belədir ki, o, yaxşı mütəxəssis ola bilər. Çoxları düşünür ki, onun millidə komandalarda təcrübəsi yoxdur. Əgər hətta indi gəlsə - düzdür, indi gələ bilməz, çünki oynayır – amma 2 il sonra gəlsə, onda yaxşı alınar". Verilişin tam videosunu təqdim edirik: https://www.youtube.com/watch?v=BkrxWmz4gpw&feature=emb_title&fbclid=IwAR1bgOgGHbFsuSzo-27MIaPYqUXg7S6dQx9hBW2nzlQoso6dU_RelwZriEM
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!