Rəşad Kərimovun ölkədən çıxışına   STOP QOYULDU

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Kərimovun ölkədən çıxışına STOP QOYULDU

Sosial

27 Avqust 2025 01:40 604


İsmayıllı rayonunda yerləşən Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYA) "9 nömrəli Yol İstismarı" MMC-nin direktoru Rəşad Kərimovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Yenisabah.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, buna səbəb R.Kərimovun rəhbəri olduğu qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1270960.76 AZN vergi borcunun olmasıdır.

Qeyd edək ki, nizamnamə kapitalı 2.5 milyon manat olan olan "9 nömrəli Yol İstismarı" MMC-nin qanuni təmsilçisi olan R.Kərimov 2018-ci ildən sözügedən qurumun rəisi vəzifəsində çalışır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!