Rəşad Məcid Amaşovun istefasından danışdı: “Yeni sədr...“

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Məcid Amaşovun istefasından danışdı: “Yeni sədr...“

Maraqlı

29 Avqust 2022 13:17 1023


Mətbuat Şurasının sədri Əflatun Amaşovun tutduğu vəzifədən getməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Rəşad Məcid bildirib ki, İstefa məsələsi gündəmdə deyil:

“Əflatun Amaşov öz vəzifəsini yerinə yetirir. Qurultaya qədər də öz yerində olacaq. Mətbuat Şurasının növbəti qurultayı yaxınlaşır. Yəqin ki, bu günlərdə Mətbuat Şurasının idarə heyəti yığışacaq və qurultayın vaxtını müəyyənləşdirəcək. Daha sonra, qurultaya nümayəndələr müəyyənləşdiriləcək. Qurultayda, şübhəsiz, sədr seçkisi də olacaq. Bu da jurnalistlərin iradəsindən asılıdır. Kimi dəstəkləyəcəklərsə, o da Mətbuat Şurasının sədri olacaq.  pizza mizza

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!