Rəşad Sadıqov danışdı:   “Onlar təhlükəlidirlər“

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Sadıqov danışdı: “Onlar təhlükəlidirlər“

İdman

02 Aprel 2021 16:04 1288


“Səbail” çempionatın son turlarda ən yaxşı oyun nümayiş etdirən komandalarından biridir”.

Yebisabah.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, aprelin 4-də “Səbail”lə keçiriləcək Premyer Liqa qarşılaşması barədə fikirlərini sportinfo.az-la bölüşüb. Gənc mütəxəssis “dənizçilər”in kifayət qədər çətin rəqib olduğunu, bu üzdən matçın kifayət qədər gərgin keçəcəyini söyləyib: pizza mizza

“Onlara qarşı oynamaq həmişə çətindir. Ötən tur “Neftçi”yə uduzmaqlarına baxmayaraq, çox inamlı oyunları ilə yadda qaldılar.

“Səbail” xüsusən evdə daha təhlükəlidir. Burada hamı çətinlik çəkir. Gəlin, süni meydança amilini də nəzərə alaq. Ciddi hazırlaşırıq. Həm psixoloji, həm də taktiki və fiziki cəhətdən”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!