“Qarabağ”ın kapitanı Rəşad Sadıqov futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli müdafiəçi “Kayserisporu”un baş məşqçisi ilə çəkilən şəkilən şəkilini “İnstagram” hesabında paylaşıb. Görüş Antalyada təlim-məşq toplanışı zamanı baş tutub.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Super Liqa təmsilçisi “Kayserispor”a keçən 51 yaşlı mütəxəssis millimizi 2014-2017-ci illərdə çalışdırıb. Həmin vaxt R.Sadıqov yığmamızın kapitanı olub. pizza sifarişi
Xatırladaq ki, 37 yaşlı futbolçu müsahibələrinin birində yığmanın sabiq məşqçisi Robert Prosineçkinin yenidən millimizə qayıtmasını istədiyini demişdi: “Əgər əcnəbi çalışdırıcı gəlsə, çox istərəm ki, o, Prosineçki olsun. O, Azərbaycan mentalitetini tez qavradı, futbolçularla yaxşı dil tapırdı. İstər soyunub-geyinmə otağında, istər oteldə olsun”.

Telegram kanalımız