Rəşad Sadıqov “Qarabağ”la vidalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Sadıqov “Qarabağ”la vidalaşdı

İdman

15 İyul 2020 22:45 1485


Millimizin sabiq futbolçusu Rəşad Sadıqov “Qarabağ”la vidalaşıb.

Yenisabah.az xəbər verir ki, futbolçu karyerasını başa vuran kapitan bunu sosial şəbəkədə bəyan edib:

“Əziz “Qarabağ” azarkeşləri, “Qarabağ” ailəsi. “Qarabağ”ın formasını 11 il böyük qürur və fəxr hissi ilə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. “Qarabağ”dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib, uğurlar arzu edirəm”. Sezar pizza

Qeyd edək ki, Rəşad Sadıqovun “Zirə” klubuna baş məşqçi təyin olunması gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!