“Rəşad Sadıqovun millidə olması komandada fərqini göstərəcək” –   Vüsal İsgəndərli 

saytların hazırlanması

Evə çatdırılma

“Rəşad Sadıqovun millidə olması komandada fərqini göstərəcək” – Vüsal İsgəndərli 

İdman

06 Mart 2020 13:51 712


Azərbaycan millisinin və “Keşlə”nin hücumçusu Vüsal İsgəndərlinin Yenisabah.az-a müsahibəsi: 

- Hazırda “Keşlə”də yaxşı performans göstərirsiniz. Hansısa xarici klubdan təklif gəlirmi? Ya sizin özünüz bununla bağlı menecerlə əlaqə saxlayırsınızmı?

- Təklif var idi, sonra klubda qalmağa üstünlük verdim. Bəli, elə olur ki, yaxşı menecer olur, biz də onunla əlaqə saxlayırıq. Haqqımızda video və məlumatları ona atırıq. O da ona əsasən, bizə yekun cavab verir. Elə də olur ki, özləri tapır və təklif olduğunu deyir. Dördpendirli pizza

- “Keşlə” 30 xalla 3-cü pillədədir. Sizi “Neftçi”dən cəmi 4 xal ayırır. Necə düşünürsünüz, əsas rəqibinizə bu xal hesabında çatıb, mövsüm sonunda məsələni öz xeyrinizə həll edə biləcəksinizmi?

- Bizim əsas məqsədimiz bacardığımız qədər xal qazanıb irəli getməkdir. Əsas məqsədl medallar uğrunda mübarizə aparmaqdır. Eyni zamanda Avroliqada çıxış etmək.

- Medalın gümüş və bürünc olmasının  yəqin ki, fərqi olar komandanız üçün.

- Yenə deyirəm, məqsəd Avroliqaya getməkdir. Təbii ki, biz də istəyərik liqanı daha yüksək yerlərdə bitirək.

- Növbəti turda lider “Qarabağ”la qarşılaşacaqsınız. Keçən tur həm “Keşlə”, həm də “Qarabağ” xal itirib. Şansları necə dəyərləndirərdiniz? 

- Bəli. Rəqib “Qarabağ” olsa da, biz hər komanda üçün eyni hazırlaşırıq. Yenə də 3 xal üçün meydana çıxacağıq. Qələbə qazanmağa çalışacağıq.

- Oyunun sizə doğma stadionda keçirilməsi yəqin ki, komanda üçün motivasiya ola bilər.

- “Qarabağ” adı özü elə ən böyük motivasiyadır.

- Bombardirlər siyahısında 4 qolla sonuncu yerdəsiniz. İlk pillədə olan Stiven Monroz, Mahir Emreli, Peyman Babayidən cəmi 3 qolla geridəsiniz. Mövsüm sonunda özünüzü qalib kimi görürsünüzmü?

- Hər bir futbolçu istəyər ki, o siyahıda olsun. İrəlidə olsun. Hələ qarşıda oyunlarımız var. Çalışacağam ki, mövsüm sonuna kimi qollarımın sayını artırım, inşallah.

-  Millimizin Millətlər Liqasındakı şanslarını necə dəyərləndirərdiniz?

- Qrupda hər bir ölkə normal səviyyədədir. Hər bir milli də birinci yer uğrunda mübarizə aparacaq. Ancaq bizim ölkə olaraq hədəfimiz birincilik olacaq. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik.

- Hazırda millidə baş məşqçi postu boşdur. Çoxları Rəşad Sadıqovun bu posta gətirilməsini istəyir. Onu millidə görmək istərdinizmi?

- Əlbəttə, istərdim. Mənim fikrimcə, Rəşad Sadıqovun istər futbolçu kimi, istərsə də, məşqçi kimi millidə olmağı çox yaxşı olar. Həqiqətən də, onun millidə olmağı komandada fərqini göstərəcək. R.Sadıqovun milliyə hər mənada xeyiri dəyəcək. Düzdür, mən onunla nə millidə, nə klubda bir yerdə olmamışam. Amma gördüyüm qədərilə deyirəm ki, inanın, xeyiri çox olar.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!