Rəşad Sadıqovun xatirinə 1000 dollarından keçdi

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Sadıqovun xatirinə 1000 dollarından keçdi

İdman

08 Sentyabr 2020 09:53 1181


"Zirə" bugünlərdə heyətini yeni legionerlə gücləndirib. "Qartallar" Dimitrios Çantakiasla anlaşıb.

Yenisabah.az xəbər verir ki, 25 yaşlı yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Onun son klubu Bolqarıstanda "Çerno More" olub. Çantakias daha əvvəl ölkəsində "Panetolikos", “Fokiko” və “Kerkira”nın da şərəfini qoruyub.

Elladalı qəsəbə klubu ilə aylıq 9000 dollara razılığa gəlib. O, 1 aydır Rəşad Sadıqovun maraq dairəsində olsa da, tərəflər yalnız son anda ortaq məxrəcə gələ bilib. pizza mizza

Sportinfo-nun yazdığına görə, baş məşqçinin onun üzərində israrla dayanmasını görən Dimitrios maaşından 1000 dollar güzəştə gedib. “Zirə“ keçidin reallaşması üçün yunanıstanlının menecerinə 10 min dollar ödəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!