Rəşid Behbudovun bacısının qəbri niyə dağılıb? - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Rəşid Behbudovun bacısının qəbri niyə dağılıb? - VİDEO 

Hadisə

05 Dekabr 2023 07:50 856


“Bəyin oğurlanması” filmində Bibixanım obrazı ilə yaddaşlara həkk olunan Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.

Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən bildirilib ki, qəbir güclü külək nəticəsində dağılıb:

“Son üç gündə güclü külək oldu, görünür, daşın da keyfiyyəti aşağı olub. Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur. İlk dəfədir ki, baş daşı aşıb. Bu da daşın zəif olmasından irəli gəlir. Aktrisa 1999-cu ildə dəfn olunub. Çürüntü daşda olan boşluq 20-30 ildən sonra özünü büruzə verir”. pizza mizza

Bildirilib ki, bələdiyyə əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və yeni məzar daşı qoyulacaq.

Qeyd edək ki, Əməkdar artist Nəcibə Behbudova 1999-cu il dekabrın yeddisində vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

Aktrisa dünyaşöhrətli müğənni Rəşid Behbudovun bacısıdır. O, “Bəyin oğurlanması”, “Fəryad”, “Qarabağ şikəstəsi”, “Təxribat” və “Ulduz” kimi bir çox filmlərdə rol alıb.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!