“Rəşid doktor” görün nəyi reklam etdi - “ Bu arağı için...”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Rəşid doktor” görün nəyi reklam etdi - “ Bu arağı için...” - VİDEO

Sosial

14 Aprel 2025 11:04 18199


Tanınmış həkim, fizioloq Rəşid Mahmudovun spirtli içki istehsal edən bir zavodu açıq şəkildə tərifləməsi və insanlara "təmiz araq" içməyi tövsiyə etməsi cəmiyyətdə geniş rezonans doğurub.

Yenisabah.az xəbər verir ki, Rəşid Mahmudovun bu sözləri bəziləri tərəfindən yerli istehsalın təşviqi kimi qəbul edilsə də, digərləri hesab edir ki, bir həkimin belə bir reklam xarakterli çıxışı xüsusilə də spirtli içkilərin sağlamlığa mənfi təsirlərinin məlum olduğu bir zamanda cəmiyyətə zərər verə bilər.

Mahmudov çıxışında belə deyib: Dominos pizza

“Əziz insanlar, mən arağı sizə heç qıymıram ki, demirəm ki, siz hamınız için. Kim içirsə, təmiz araq içsin. Arağı içirsinizsə, safını, təmizini için. Bu zavodun buraxdığı arağı için. Gedib zir-zibili içməyin. Təmiz araq için. Onda orqanizminiz sağlam, immunitetiniz yüksək olacaq”.

Onun bu fikirləri xüsusilə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Bir çoxları tanınmış  tibb mütəxəssisinin spirtli içkiləri bu şəkildə təşviq etməsini qəbuledilməz hesab edir və bunun ictimai məsuliyyət baxımından yanlış olduğunu bildirirlər.

Həkim daha sonra arağın tərkibi və istehsal texnologiyasından danışaraq  qeyd edib:

“Mən çox sevinirəm ki, Azərbaycanın belə bir istehsalı var. Bütün sexlərində olmuşam. Arağın əsas keyfiyyəti nədən ibarətdir? Spirti təmiz olmalıdır. Bu zavodun buraxdığı arağın spirti Azərbaycanın buğdasından hazırlanmışdır. Özü də bu spirt mayasızdır. Ən yeni texnologiyalar bu zavoddadır. Yəni burada əsas kömürdür. Kömürün əhəmiyyəti fusel yağlarını buradan ayırmaqdır. Burada həm kömür, həm də kvars qumu var. Çox önəmlidir. Onu tər-təmiz edir”.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı spirtli içkilərin sağlamlıq üçün risk daşıdığını, xüsusilə uzunmüddətli istifadənin ciddi fəsadlara səbəb ola biləcəyini dəfələrlə vurğulayıb.

Belə bir şəraitdə tanınmış həkimin bu cür çıxış etməsi peşə etikası və ictimai məsuliyyət məsələlərini də gündəmə gətirib.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rasim
    Bir millətin alimi də belə oldusa bu millət tam öldü. Mən Rəşid doktoru normal, millət qeydinə qalan bilirdim. Amma əksinə . Deməli bu da şou men imiş.
    1 year ago
  • Selahattin
    Buda Gah Realibitasiyani Gahda Araqi Reklam Edir Reşid Mellim SagaliN Orneg OluN Gençlere Piyanisgaliq elemeyiN
    1 year ago
  • Bəhram Şamilov
    Sizin istedadınıza və ədalətinizə inanıram
    1 year ago