Rəsmi Bağdad İrana dair mövqeyini təkrarladı

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bağdad İrana dair mövqeyini təkrarladı

Dünya

10 Noyabr 2024 14:52 931


İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Əraci bir daha bəyan edib ki, Bağdad öz hava məkanından İrana və ya regionun hər hansı digər ölkəsinə qarşı hücumların təşkilinə qəti şəkildə qarşıdır.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, o, İranın Bağdaddakı hərbi attaşesi general-mayor Məcid Qalipur ilə görüşdə İraqın mövqeyini təkrarlayıb.

Tərəflər iki ölkənin təhlükəsizliyini və sabitliyini gücləndirmək və sərhəd nəzarəti ilə bağlı anlaşma memorandumlarını gücləndirmək yollarını müzakirə ediblər. Bundan başqa, terrorizm və qaçaqmalçılıqla mübarizə sahəsində ikitərəfli əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!