Rəsmi Bakı silahlı müxalifəti tanımalıdırmı? - “Suriyada dünyəvi hakimiyyət davam etməlidir”

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakı silahlı müxalifəti tanımalıdırmı? - “Suriyada dünyəvi hakimiyyət davam etməlidir”

Siyasət

09 Dekabr 2024 17:37 911


"Arzu edirik ki, Suriyada hakimiyyət qısa zamanda formalaşsın. Özü də ölkədə dini deyil, dünyəvi hakimiyyət olsun".

Bunu "Yeni Sabah"a Azərbaycanın İrandakı keçmiş səfiri, şərqşünas-alim Nəsib Nəsibli deyib.

O, Suriyada Bəşər Əsəd rejiminin təxminən bir həftə ərzində iflasının səbələrini şərh edib. pizza sifarişi

“Əsəd rejimi daxilən o qədər çürümüşdü ki, 12 gündə hakimiyyətdən getməyə məcbur oldu. Əslinə qalsa, 2011-ci ildən başlayan hərəkat, Suriyanı içəridən yeyə-yeyə davam edirdi", - deyə N. Nəsibli qeyd edib.

Şərqşünas-alim əlavə edib: "Təxminən yarım əsrlik bir hakimiyyətin bu cür çökməsi həqiqətən də sual doğurur. Digər tərəfdən, içəridən çökmə bir yana qalsın, xarici güclər də onu ürəklə müdafiə etməlidilər.

Son 12 gün ərzində Rusiya, adətinə uyğun olaraq, silahlı müxalifləri bombalama işinə davam etdi. İranın proksi qüvvələri də kömək etməyə çalışdılar, lakin gördülər ki, Əsəd rejimi onsuz da çökür.

Suriyada hakimiyyətin yenidən formalaşması üçün müəyyən prosedurlar, o cümlədən seçki olmalıdır. Məhz bundan sonra deyə bilərik ki, yeni hakimiyyət məhz budur".

Nəsib Nəsibli rəsmi Bakının hazırkı qüvvələri Suriyanın legitim hakimiyyəti kimi tanımalı və ya tanımamalı olduğu sualına da aydınlıq gətirib:

"İndiki müxalif qrupları hakimiyyət adlandırmaq olmaz. 

Sovet dövründə Suriyadan və Yaxın Şərqdən uzaq düşsək də, coğrafi baxımdan o heç də uzaq deyil. Arzu edirik ki, Suriyada hakimiyyət qəsa zamanda formalaşsın. Özü də ölkədə dini deyil, dünyəvi hakimiyyət olsun.

Əsas müxalif qüvvələr siyasi İslama meyilli cinahdadır. Suriyadakı dünyəvi hakimiyyət ənənəsi davam etməlidir. Ərəb dünyasında Suriya ən dünyəvi rejimlərdən biri sayılırdı. Əslində, Suriya etnik-dini baxımdan çox mürəkkəb tərkibə malikdir. Onlar bu illər ərzində çox zülüm çəkdilər. İndi onların yeni hakimiyyətə münasibətinin necə göstərəcəyini sadəcə zaman göstərəcək”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!