Rəsmi İrəvan hərbi xərcləri artırır

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi İrəvan hərbi xərcləri artırır

Dünya

06 Noyabr 2025 12:21 304


Ermənistan hökuməti noyabrın 6-da keçirilən iclasında müdafiə ehtiyacları üçün əlavə olaraq 4 milyard 371 milyon dram (təxminən 11 milyon dollar) ayırmaq qərarına gəlib.

"Yeni Sabah" rmenpress-ə istinadla xəbər verir ki, bu məbləğ sərhədlərin təhlükəsizliyini və toxunulmazlığını təmin etmək üçün istiqamətləndiriləcək.

Ölkənin 2025-ci ildə dövlət büdcəsində əvvəlki illə müqayisədə müdafiə xərcləri (115 milyard dram və ya təxminən 300 milyon dollar) artaraq 660 milyard dram (1 milyard 717 milyon dollar) təşkil edib. Pepperoni pizza

Bundan əlavə, 2026-cı ildə müdafiə xərclərinin 100 milyard dram azaldılaraq ilə 560 milyard drama (1 milyard 455 milyon dollar) endirilməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!