Ermənistan hökumətinin rəsmi saytında 2020-ci ilə qədər baş vermiş danışıqlar prosesinin məzmunu haqqında təsəvvür yaradan Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı dövlət qurumlarının əlində olan bir sıra sənədlər dərc olunub.
"Yeni Sabah" xəbər verir ki, dərc olunan sənədlər ATƏT-in Minsk qrupunun təklifləri (2016, 2019), Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın Milli Məclisdə baş nazirliyə namizəd kimi bəyanatları, Krakov sənədi, Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinə məktubu, 2016-cı ilə aid ATƏT-in Minsk qrupunun təkliflər paketi, Madrid Prinsipləri, Meğri-Qarabağ mübadilə variantı, ATƏT-in Minsk qrupunun hərtərəfli təklifləri, ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Zirvə toplantısındakı bəyanatı, 1994-cü il Budapeşt sammitinin bəyanatı və BMT Təhlükəsizlik Şurasının qətnamələri daxildir.
Telegram kanalımız