Rəsmi Paris Vaşinqton razılaşmalarını alqışladı

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Paris Vaşinqton razılaşmalarını alqışladı

Dünya

09 Avqust 2025 08:55 260


Fransa ABŞ prezidenti Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında Vaşinqtonda əldə olunan razılaşmanı alqışlayıb və tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarını ləğv etməyə başlamaq çağırışına qoşulub.

Yenisabah.az xəbər verir ki, bu, Fransa Xarici İşlər Nazirliyinin bəyanatında  qeyd olunub.

Onun fikrinci, münasibətlərin normallaşması və sülh müqaviləsinin tezliklə imzalanması Cənubi Qafqazın sülh və firavanlıq məkanına çevrilməsi istiqamətində mühüm addım olmalıdır. pizza hut

Fransa tərəfi həmçinin qeyd edib ki, sazişlər 1991-ci il Almatı Bəyannaməsi prinsipləri əsasında regional birləşməyə, sərhədlərin açılmasına və dövlətlərin suverenliyinin möhkəmləndirilməsinə töhfə verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!