"Gürcüstan Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməyə hazırdır. Bizim heç bir ilkin şərtimiz yoxdur. Qonşularımıza açıq şəkildə bildirdik ki, onları ölkəmizdə qəbul etməyə və lazım gələrsə, regionda sülhə nail olmaq üçün dialoqun gücləndirilməsinə və bu prosesin dərinləşdirilməsinə kömək etməyə hazırıq".
Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın "Birinci Kanal"ında xarici işlər naziri İlya Darçiaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan üçün bir nömrəli prioritet regionda sülh və təhlükəsizliyin təmin edilməsidir. “Ölkəmiz bu məqsəddən çıxış edərək həmişə cənubludostlarımızla vasitəçi rolunu oynamağa çalışıb. Keçən il Baş nazirin fəal iştirakı ilə konkret nəzərəçarpacaq nəticələr əldə olundu, bu proses davam etdi, bir neçə ay əvvəl Gürcüstanda iki xarici işlər nazirini qəbul etdik, bu da bizim dostlarımıza xüsusi etimad göstərdiyimizin nümunəsidir". Marqarita pizza
Darçiaşvili əlavə edib: "Gələcəkdə biz Gürcüstanın, Tbilisinin cənub qonşularımızın sakit və dinc dialoq apara biləcəkləri, bu danışıqlardan konkret nəticələr əldə etmələri və regionumuzda sülh və sabitlik bərqərar etmələri üçün hər zaman hazırıq”.
Telegram kanalımız