"10 gün əvvəl ağır günlər yaşadım. O 3 günüm getsin, bir də geri dönməsin".
Yenisabah.az xəbər verir ki, Roza Zərgərli lent.az-ın canlı yayımında həyat yoldaşının ona xəyanət etdiyini açıqlayıb:
"Başa düşdüm ki, mən tənhayam və onu da başa düşdüm ki, uzun müddət inandığın, sevdiyin biri səni yanılda bilərmiş. Mən 15 il onun ard-arda xəyanətini bağışlamışam. Necə deyərlər, gözü ilə görənlərdənəm. pizza mizza
Yeri gəlsə, mən xəyanət fikrində olsam, əlimi sallasam, əllisi gələr. Respublikanın ən kübar kişiləri mənə sevgi etirafı ediblər. Amma mən xəyanət barədə düşünməmişəm. Bilmişəm ki, mənim sevdiyim insan var. Ayrılmamışıq, amma silmişəm".
Telegram kanalımız