İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi və Rusiyanın nəqliyyat naziri Moskvada Valeri Savelyev iki ölkə arasında daşımaların müxtəlif sahələrində əməkdaşlığa dair hərtərəfli saziş imzalayıblar.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, saziş nəqliyyat, xüsusən dəmir yolu sahəsində geniş əməkdaşlığı nəzərdə tutur.
“Şimal-Cənub Nəqliyyat Dəhlizi Rusiya, İran və Mərkəzi Asiya və Qafqaz ölkələri arasında əməkdaşlığın genişləndirilməsi üçün əsas ola bilər və bu nəhəng layihənin həyata keçirilməsi üçün müqavilə imzalanmalı idi”, - deyə rusiyalı nazir bildirib. pizza sifarişi
O əlavə edib: "Ümid edirik ki, birgə əməkdaşlıqla dəmir yolunun Rəşt-Astara hissəsi tamamlanacaq. Bu hissənin tikintisində birgə səylərlə, Şimal-Cənub dəmir yolu xətti xüsusi əhəmiyyət kəsb edəcək".
Rüstəm Qasemi, öz növbəsində dəmir yolu xətlərinin, o cümlədən Rəşt-Astara hissəsinin tamamlanmasıyla o, Avropadan Hindistan yarımadasına qədər, İran və Rusiya da daxil olmaqla, marşrut boyu ölkələrin böyük tranzit gəlirləri qazanacağını vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası da Şimal-Cənub Nəqliyyat Dəhliznin iştirakçısıdır.
Telegram kanalımız