Restoranda baş verən yanğın söndürüldü

saytların hazırlanması

Evə çatdırılma

Restoranda baş verən yanğın söndürüldü

Kriminal

02 Yanvar 2021 16:55 562


Bakı şəhərinin Nərimanov rayonunda restoran və müxtəlif təyinatlı ticarət obyektlərinin yerləşdiyi ikimərtəbəli binanın ikinci mərtəbəsinin (1250 m² sahədə restoran yerləşir) yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Yenisabah.az FHN-in saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!