Rəsul Quliyevdən Cəmil Həsənliyə sərt sözlər: “Yaramazlıq...”

saytların hazırlanması

Evə çatdırılma

Rəsul Quliyevdən Cəmil Həsənliyə sərt sözlər: “Yaramazlıq...”

Siyasət

31 Yanvar 2020 06:05 3512


“Parlament seçkilərində hökümətlə mübarizədən qorxan manqurtaşmış Milli Şura adlı təşkilatın Xalq Cəbhəsi liderinin təyin etdiyi professoru deputatlıq uğrunda mübarizə aparanların aktivliyi çox narahat edir”.

“Yeni Sabah” xəbər verir ki, bunu eks – spiker Rəsul Quliyev Milli Şuranın sədri Cəmil Həsənlinin yaydığı fevralın 9-da keçiriləcək seçkilərdə mandat qazanacaq şəxslərin siyahısına münasibət bildirərkən deyib.

R. Quliyev bildirib ki, bu aktivliyin qarşısını almaq üçün yaramaz ideyalar irəli sürür:  pizza mizza

“Gələcək deputatların siyahısını çap etməklə mübarizə aparmağın əhəmiyyəti yoxdur, onsuz da deputatlar artıq təyinatlarını alıb deyir. Bu nədir, özünün acizliyini gizlətmək üçün xalqa xəyanət etmək deyilmi? Namizədləri mübarizədən çəkindirməklə hökumətə xidmət etmək kimi mənfur hərəkətindən xəcalət çəkməməlidirmi bu insan?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!