Rəsul Quliyevdən hökumətə çağırış – “Sərtləşdirilsin!”

saytların hazırlanması

Evə çatdırılma

Rəsul Quliyevdən hökumətə çağırış – “Sərtləşdirilsin!”

Siyasət

28 İyun 2020 09:23 3254


Sabiq spiker Rəsul Quliyev Azərbaycanda karantin rejiminin sərtləşdirilməsini istəyib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkədə olan hesabında yazıb. Eks-spikerin sözlərinə görə, vətəndaşların təhlükəsizliyini təmin etmək və dünyaya yenidən açılmaq üçün mövcud qaydaların bir qədər də sərtləşdirilməsinə ehtiyac var.

Sözügedən paylaşımı oxucularımıza təqdim edirik: Pepperoni pizza

"Azərbaycanlılar koronavirusun təhlükəsini axıra qədər başa düşmürlər. Karantin rejiminə əməl etməyənlərin sayı artdıqca xəstəliyə yoluxanların da sayı çoxalır. Bu isə ölkənin dünyadan izolyasiyasına gətirib çıxarır və iş yerlərinin açılmasına mane olur. Nəticədə virusun yayılmasına şərait yaradırlar. Vətəndaşlara hökumətin pulla köməyi əbədi davam edə bilməz. İnsanlar işləməli və pul qazanmalıdırlar. Bunun üçün hökümət xalqın gələcəyi naminə ən azı 14 gün çox sərt karantin rejimi tətbiq etməli və sonradan ölkəni həm daxildə, həm də xaricə tədricən açmağa başlamalıdır."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!