Rəzalət: Bibisinin qızıllarını oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Rəzalət: Bibisinin qızıllarını oğurladı

Kriminal

06 Yanvar 2021 15:47 929


Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiştəpə kəndində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı Elşən Həsənov ötən ilin dekabr ayının 28-də yaşadığı Şiştəpə kəndində, bibisinə məxsuz fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub və oradan 1500 manat dəyərində qızıl-zinət əşyalarını gizli talayaraq oğurlayıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E.Həsənovun cari ilin yanvar ayında da eyni ünvandan 1800 manat nağd pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, daha sonra isə cinayət izlərini itirərək məsuliyyətdən yaxa qurtarmaq üçün fərdi yaşayış evini yandırmaq istəməsi məlum olub.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı E. Həsənov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib. pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!