Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirildi

Sosial

10 Avqust 2025 13:26 308


DİM avqustun 10-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Məlumat üçün bildiririk ki, imtahanda iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Bakıda 879, Naxçıvan isə 26 namizədin imtahan verəcəyi gözlənilirdi. pizza sifarişi

Avqustun 11-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!