Riçard Almeyda “Qarabağ” üçün darıxır – Video 

saytların hazırlanması

Evə çatdırılma

Riçard Almeyda “Qarabağ” üçün darıxır – Video 

İdman

10 Fevral 2020 09:38 1318


“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda sosial şəbəkədə diqqətçəkən paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, brazilyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “İnter” (İtaliya) qarşılaşmasından video paylaşıb. Görüntüdə 30 yaşlı futbolçunun matçın 90+4-cü dəqiqəsində vurduğu qol yer alıb. 

2014-cü ilin dekabrın11-də keçirilən oyunun 90+4-cü dəqiqəsində Riçard Almeyda qol vursa da, matçın yan xətt hakimi Ondrjey Pelikan qolu qeydə almamışdı. Sezar pizza

Xatırladaq ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən futbolçu 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. Bu ilin yanvarında “Köhlən atlar”la maliyyə məsələlərində anlaşa bilməyən Riçard klubdan ayrılıb. O, Birləşmiş Ərəb Əmirliyinin “Baniyas” klubu ilə mövsümün sonuna qədər anlaşıb. Maliyyə məsələlərində anlaşmasa da, görünür, yarımmüdafiəçi “Qarabağ” üçün darıxır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!