"Qarabağ"ın sabiq futbolçuları Riçard Almeyda və İbrahim Şehiç nümunəvi addım atıblar.
"Yeni Sabah" xəbər verir ki, qapıçı və yarımmüdafiəçi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı paylaşım ediblər. Onlar şəxsi "İnstagram" hesablarının hekayə bölümündə faciə ilə əlaqədar olaraq şəkil yerləşdiriblər.
Qeyd edək ki, Şehiç Türkiyənin "Ərzrumspor", Riçard isə BƏƏ-nın "Baniyas" klubunda çıxış edir.
https://cdn.yenisabah.az/files/xocv.jpg
https://cdn.yenisabah.az/files/xocv1.jpg Telegram kanalımız