Riçard Almeydanın yeni klubu bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Riçard Almeydanın yeni klubu bəlli oldu

İdman

21 Yanvar 2020 17:43 1241


"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. Klub sosial şəbəkə hesabında yarımmüdafiəçinin transferini açıqlayıb. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.  /Qol.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!