Rihannanın toy baqajı hamını maraqlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Rihannanın toy baqajı hamını maraqlandırdı

Şou

02 Mart 2024 12:24 783


Asiyanın ən varlı adamı Mukeş Ambaninin toy öncəsi məclisdə çıxış etmək üçün Hindistana gələn Rihannanın nəhəng baqajı viral olub.

Yenisabah.az “People”a istinadla xəbər verir ki, çaşmış pərəstişkarları Rihannanın 3 gün davam edəcək şənliklərə özü ilə nə gətirdiyi ilə maraqlanıblar. Onun gəlişi günü çəkilmiş bir videoda hər biri brezentlə örtülmüş nəhəng qutular daşıyan avtomobil sıralanıb. Bir pərəstişkarı klipi instaqramda yerləşdirdikdən sonra şərhçilərdən biri zarafat edib: “O, özü ilə nə gətirib? Sökülə bilən ev?

Pərəstişkarlarını təəccübləndirən RiRi (Rihanna) şərhə zarafatyana cavab verib: "Səhnə mənim əl yükümə sığmadı". Dördpendirli pizza

Anant Ambani və Radhika Merçantin toyu iyulun 12-də Mumbayda baş tutacaq. Toy öncəsi məclisə nüfuzlu şəxslər və məşhurlar gəlir. O cümlədən "Disney" şirkətinin baş direktoru Bob İger, İvanka Tramp, Hillari Klinton, Bill Qeyts, Mark Zukerberq, Butan kral ailəsinin üzvləri və dünyanın ən güclü elitasının digər nümayəndələri.

Rihannanın ifa haqqı 5 milyon dollardan çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!