ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçi səfir Filip Riker dekabrın 1-4-də İrəvanda olacaq.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Səfir Riker dekabrın 1-4-də keçiriləcək səfər zamanı hökumət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər şəxslərlə görüşərək ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönəlmiş birbaşa Ermənistan-Azərbaycan danışıqlarına dəstəyini müzakirə edəcək”, – deyə mesajda vurğulanır. pizza hut
Telegram kanalımız