Rusiyanın Ermənistandakı səfiri sülh çağırışı etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Ermənistandakı səfiri sülh çağırışı etdi

Rəsmi

31 Dekabr 2021 15:35 833


Ermənistandakı rusiyalı səfirin təbrik mesajında Azərbaycanla sülh çağırışı edilib.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Yeni il və Milad bayramı münasibətilə erməniləri təbrik edərkən, Ermənistan və Azərbaycan sərhədində baş verən problemlərə və bölgədək sülhün təmin edilməsi məsələlərinə də toxunub.

“Ölkələrimizin üzləşdiyi çağırışlar onlar arasında əməkdaşlığın hərtərəfli inkişafı və dərinləşdirilməsinin aktuallığını göstərməklə yanaşı, Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin sadəcə söz olmadığını sübut etdi. Bunların arxasında konkret hallar dayanır. Rusiya erməni xalqının tez bir zamanda özünü təhlükəsiz hiss etməsinə, gələcəyə inamla baxa bilməsinə daha çox önəm verir. Sülhməramlı kontingentimizin əməliyyatları zonasında dinc həyatın təmin edilməsi, Ermənistan-Azərbaycan sərhədindəki problemlərin həlli, Cənubi Qafqaz regionunun sülh yolu ilə inkişafı və firavanlığı üçün şərait yaradılması üçün Rusiyanın göstərdiyi səylər bu məqsədə xidmət edir”,- deyə təbrik mesajında vurğulanıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!