Robert Koçaryan Ermənistanı məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Robert Koçaryan Ermənistanı məhkəməyə verdi

Dünya

24 Avqust 2020 15:53 1122


Ermənistanın ikinci Prezidenti Robert Koçaryan ölkəsini məhkəməyə verib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik” xəbər yayıb.

Səbəb isə hakim Anna Danibekyanın ehtiyatsızlığı olub. Məhkəmə zamanı o, xəstəxanadan verilən arayışın mətnini oxuyub və sabiq prezidentin icazəsi olmadan tibbi sirri açıb. Toyuqlu pizza

Qeyd edək ki, Koçaryan martın 10-da keçirilən iclasda iştirak etməyib. Həmin vaxt hakim Anna Danibekyan “Erebuni” tibb mərkəzinin verdiyi arayışı oxuyub. Sənəddə ikinci prezidentə kəskin vestibulopatiya, 3-cü dərəcəli hipertoniya və ürək ritminin pozulması diaqnozu qoyulduğu bildirilib. Arayışa əsasən, Koçaryan məhkəmə iclasında iştirak edə bilməzdi.

“O, medianın qarşısında tibbi sirləri özündə əks etdirən sənədin tam mətnini oxuyub. Bunlar qanunla qorunan şəxsi məlumatlardır”, - deyə Koçaryanın vəkili Ayk Alumyan bildirib.

Ermənistanın ikinci prezidenti təzminat kimi iki milyon dram (7 034 AZN) tələb edir.

Xatırladaq ki, Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!