Ermənistanda məhkəmə Koçaryanın xəstəliyi ilə əlaqədar məhkəmə prosesini təxirə salıb.
Yenisabah.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan ona və baş nazirin keçmiş müavini Armen Gevorqyana qarşı başlanmış cinayət işi üzrə məhkəmə iclasında iştirak edə bilməyib.
Vəkil Ovannes Xudoyan qeyd edib ki, Robert Koçaryan xəstədir. pizza mizza
O, Koçaryanın səhhətinin pis olması ilə bağlı tibbi sənədi məhkəməyə təqdim edib. Vəkilin sözlərinə görə, onun müalicəsi üçün təxminən 5 gün vaxt lazım olacaq.
Hakim Anna Danibekyan prosesin təxirə salınması barədə qərar qəbul edib. Növbəti iclas fevralın 21-i saat 13:00-da keçiriləcək.
Xatırladaq ki, əvvəlki məhkəmə iclası ingilis dilindən tərcüməçi olmadığı üçün təxirə salınmışdı.
Qeyd edək ki, Ermənistanda “Silva işi” kimi tanınan iş üzrə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və baş nazirin keçmiş müavini Armen Gevorqyan təqsirləndirilir.
Koçaryan xüsusilə külli miqdarda (3 milyon dollar) rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur./Konkret.az
Telegram kanalımız