“Bu gün Ermənistanda investisiyalar demək olar ki, sıfır həddindədir. Ancaq işlərimizi sürətləndirəcək və yaxşı mütəxəssislər axtaracağıq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək "Ermənistan" blokunun lideri, eks-prezident Robert Köçəryan Gümrüdə keçirdiyi görüşdə deyib.
“Mən sizə söz verirəm, görülməli çox iş olacaq. Mən vəzifədə olduğum dövrdə bu, həqiqətən, belə idi. Gümrüdə inşaatçılar yetərli deyildi, hətta buna görə onları müxtəlif yerlərdən gətirirdik. Düşünürəm ki, Gümrüdə sənaye gücləri də olmalıdır. Bütün arenanı yalnız tikinti ilə bağlamaq olmaz”,-deyə Köçəryan qeyd edib. Marqarita pizza
Eks-prezident sosial evlərdən də söz açıb:
“Prezidentliyimin ilk illərində Gümrüdə mənzillər verirdik, amma daxmaları uçurmurduq. Daxma əldən-ələ keçirdi, orada bir xarakter formalaşırdı. İndi isə ya insanlara mənzil, ya da mənzil almaq üçün bir sertifikat verməlisən. Yenisini tikmək sertifikat verməkdən daha bahadırsa, sertifikat verməyi seçməlisiniz. Bu, insanların sosial problemlərinin həllidir. Dövlət öz bacarığı ilə bu işin öhdəsindən gələ bilməyən insanların vəzifəsini üstlənib”.
Telegram kanalımız