Robert Köçəryan koronavirusa yoluxub - Vəkildən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Robert Köçəryan koronavirusa yoluxub - Vəkildən açıqlama

Rəsmi

02 Noyabr 2021 15:36 862


Noyabrın 2-də İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işi üzrə dinləmələr davam etdirilib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Robert Köçəryan məhkəmə iclasında iştirak etməyib.

Onun müdafiəçisi Hayk Alumyan bildirib ki, prezidentin qohumlarından birinə COVID-19 diaqnozu qoyulub və son günlər Robert Köçəryanın bu şəxslə çoxlu əlaqəsi olub. Köçəryanda COVID-19-un müəyyən əlamətləri var, o, testdən keçib. pizza hut

Müdafiəçi onu da qeyd edib ki, əgər məhkəmə buna baxmayaraq, Köçəryanın gəlməli olduğunu hesab etsə, o, 15 dəqiqə ərzində prosesə gələcək.

Hayk Alumyan testin nəticəsinin bu gün olacağını qeyd edib.

Məhkəmə iclası noyabrın 9-na təxirə salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!