Roma Papası qadının döyməsini öpdü

saytların hazırlanması

Evə çatdırılma

Roma Papası qadının döyməsini öpdü

Dünya

27 May 2021 08:49 1187


Roma Papası Fransisk “Osvensim” nasist düşərgəsindən sağ qurtulmuş qadınla söhbət zamanı onun qolundakı döyməni öpüb.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, döymədə keçmiş məhbusun düşərgədəki nömrəsi həkk olunub. Hadisə Papanın da iştirak etdiyi gənclər üçün maarifləndirici tədbir zamanı qeydə alınıb.

Polşa vətəndaşı Lidiya Maksimoviç 3 yaşında olarkən doğulduğu Belarusdan “Osvensim”ə aparılıdığını bildirib. O, düşərgənin uşaq bölməsində saxlandığını və məşhur doktor Menqelenin təcrübələrindən sağ çıxdığını qeyd edib. Dominos pizza

Azad olunduqdan sonra Lidiya polşalı ailə tərəfindən övladlığa götürülüb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!