Roma Papası taxtdan imtina edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Roma Papası taxtdan imtina edə bilər

Dünya

21 Fevral 2025 16:05 179


Roma Papası Fransisk səhhətində yaranan ciddi problemlər səbəbilə vəzifəsini icra edə bilməyəcəyi halda, öz sələfi XVI Benediktin yolunu izləyərək taxtdan imtina edə bilər.

Yenisabah.az xəbər verir ki, bu ehtimal barədə Kardinal Canfranko Ravasi danışıb. Onun sözlərinə görə, Fransisk öz sağlamlıq vəziyyətini nəzərə alaraq müvafiq qərarı qəbul edə bilər.

"Əgər Papa Fransisk papalıq vəzifələrini icra etməkdə çətinlik çəkərsə, bu məsələyə dair özü seçim edəcək. Hesab edirəm ki, o, istefa vermək qərarına gələ bilər. Son nəticədə, bu, yalnız onun verə biləcəyi bir qərardır", – deyə Ravasi bildirib. pizza mizza

Xatırladaq ki, 88 yaşlı Roma Papası Fransisk fevralın 14-dən etibarən ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanada müalicə alır. Onun səhhəti ilə bağlı narahatlıq artır, bu da Vatikan rəhbərinin gələcək fəaliyyəti ilə bağlı sualları gündəmə gətirir.

Qeyd edək ki, Papa XVI Benedikt 2013-cü ildə sağlamlıq problemlərinə görə vəzifəsindən istefa vermiş və müasir dövrdə bunu edən ilk Papa olmuşdu. Hazırda oxşar situasiyanın Fransisk üçün də keçərli ola biləcəyi ehtimalı müzakirə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!