Roma Papasından ikibaşlı bəyanat: “Müəyyən mənada Ukrayna müharibəyə təhrik edilib...“

saytların hazırlanması

Evə çatdırılma

Roma Papasından ikibaşlı bəyanat: “Müəyyən mənada Ukrayna müharibəyə təhrik edilib...“

Maraqlı

14 İyun 2022 23:40 1036


Roma Papası Fransisk Ukraynadakı müharibə ilə bağlı yeni mübahisəli bəyanat verib. 

O, bəyan edib ki, Rusiya qoşunları qəddarlıq, kobudluq və vəhşilik nümayiş etdirib, ukraynalıları isə sağ qalmaq üçün mübarizədə mətinliyinə görə tərifləyib.

Moderator.az xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb. Dördpendirli pizza

O, həmçinin deyib ki, vəziyyəti ağ-qara rənglərdə görmək olmaz, müharibəyə "mümkündür ki, müəyyən mənada təhrik edilib", - məlumatda belə deyilir.

Rusiya qoşunlarının "vəhşiliyini, qəddarlığını" pisləyərək, " biz gerçək problemləri də həll etmək istəyiriksə, onları unutmamalıyıq", - Fransisk deyib və silahlanmanı müharibəni qızışdıran amillər sırasına daxil edib.

"Biz bu müharibə arxasında cərəyan edən bütün faciəni görmürük, bu müharibəyə, mümkündür ki, hansısa bir üsulla təhrik edilib", - o, belə deyib.

"Bunları onun "Putinyönümlü" baxışları kimi dəyərləndirmək olarmı?" sualına o, belə cavab verib:

"Yox, belə deyil. Bu, məsələyə sadəlövh yanaşma olardı".

Bu, Fransiskin Ukraynadakı hadisələr barədə ilk çıxışı deyil.

Bundan öncə də o, müharibəni "bəşəriyyətin  qorxunc reqresi" adlandırıb və Mariupol üçün dualar etməyə çağırış edib.

O, dinc əhaliyə qarşı vəhşilikləri pisləyib, lakin heç vaxt konkret olaraq Rusiyanın və ya onun prezidentinin adını çəkməyib.

Roma Papası həmçinin deyib ki, Putinlə şəxsən görüşmək istəyib, amma hələlik, bu cəhdlər uğursuz olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!