Roma papasının Türkiyə səfərinin detalları bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Roma papasının Türkiyə səfərinin detalları bəlli oldu

Dünya

06 Noyabr 2025 20:05 489


Roma Papası XIV Leonun 27–30 noyabr tarixlərində baş tutacaq Türkiyə səfərinin detalları bəlli olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Roma papası Ankara, İstanbul və İznik şəhərlərində müxtəlif görüşlər və dini mərasimlərdə iştirak edəcək.

Səfərin ilk günü, o, Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla, daha sonra vətəndaş cəmiyyəti nümayəndələri və diplomatik korpus nümayəndələri ilə bir araya gələcək. pizza hut

Daha sonra İstanbula yollanacaq. Burada o, Müqəddəs Ruh Kafedralında ruhanilərlə görüşəcək, qocalar evini ziyarət edəcək. Daha sonra helikopterlə İznikə gedəcək.

Papa XIV Leo İznikdəki Müqəddəs Neofit Bazilikasının qazıntı sahəsində keçiriləcək dua mərasimində iştirak edəcək. Ardınca yenidən İstanbula qayıdaraq görüşlər keçirəcək, Sultanahmet məscidini ziyarət edəcək, Mor Əfrem Süryani Ortodoks Kilsəsində xristian icma liderləri ilə görüşəcək və Fənər Rum Patriarxı Bartholomeos ilə ortaq bəyanat imzalayacaq.

Səfərin son günündə Papa XIV Leo ayində iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!