“Roma Papasının yerinə ən real namizəd Şeyxi görürəm“

saytların hazırlanması

Evə çatdırılma

“Roma Papasının yerinə ən real namizəd Şeyxi görürəm“

Maraqlı

31 İyul 2022 00:38 2537


Tanınmış hərbi ekspert Ədalət Verdiyev son facebook paylaşımı ilə dəqqəti üzərinə çəkib.

Yenisabah.az xəbər verir ki, kaloritli statusları, gündəmə damğa vuran paylaşımları ilə məşhur olan keçmiş hərbçi bu dəfə Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin bostanına daş atıb.

Ə.Verdiyev sonuncu facebook statusunda yazıb: pizza hut

"Roma Papası yeriyə bilmir, istefa verə bilər. Onun yerinə Şeyx həzrətlərini real namizəd olaraq görürəm. Şeyx Papa seçilərsə, mən də şeyxin yerinə seçilməyə çalışacam. Nəzir qutularından gələn bütün gəliri isə veteran və yaralanıb əlil olmayan veteranlar üçün iş yerlərinin açılmasına yönəldəcəyimə söz verirəm. 

Razılaşdıq, ya Şeyx? Bu yaralananlara hərdən salam vermək, onlarla maraqlanmaq Sizin də borcunuzdur. Dinimiz də belə tələb edir. Səhvim varsa ya Şeyx, deyin mütləq düzəldim". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!