“Roma“ və “Qalatasaray“ zəlzələyə görə oyun keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

“Roma“ və “Qalatasaray“ zəlzələyə görə oyun keçirəcək

İdman

09 Fevral 2023 13:02 768


“Roma” və “Qalatasaray” Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə oyunu keçirəcəklər. 

Yenisabah.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klublar artıq öz aralarında maçın oynanılması üçün razılığa gəliblər. Lakin görüşün dəqiq tarixi hələ müəyyən edilməyib.  

"Qalatasaray" oyunun təşkili üçün italiyalı yarımmüdafiəçi Nikolo Zaniolonun "Roma"dan transferi ilə bağlı aparılan danışıqlar çərçivəsində tərəflər gəlib.  Toyuqlu pizza

"Qalatasaray"ın açıqlamasında isə bildirilib: "2023-cü ildə yoldaşlıq matçının keçirilməsi ilə bağlı razılıq əldə olunub və bütün gəlir zəlzələdən zərərçəkənlərə veriləcək". 

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində 12 873 nəfər həyatını itirib 62 937 nəfər yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!