“Roma”nın futbolçusu koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

“Roma”nın futbolçusu koronavirusa yoluxdu

İdman

12 Oktyabr 2020 23:17 935


İtaliyanın “Roma” futbol klubunun və Qvineya millisinin yarımmüdafiəçisi Amadu Diavara koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə futbolçu özünün “İnstagram” səhifəsində yazıb.

“Millidən qayıdandan sonra koronovirusla bağlı verdiyim testin nəticəsini aldım. Təəssüf ki, nəticə müsbətdir. Məni tanıyan bütün insanlara bildirmək istəyirəm ki, səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Karantinə getməyə məcburam”. pizza

Qeyd edək ki, dünyada 37 milyondan çox şəxs koronavirusa yoluxub. Yoluxan insanların 1 milyondan çoxu dünyasını dəyişib. İtaliyada isə koronavirusa yoluxanların sayı 345 mindən çoxdur. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!