“Roma”nın yeni baş məşqçisi o olacaq 

saytların hazırlanması

Evə çatdırılma

“Roma”nın yeni baş məşqçisi o olacaq 

İdman

16 Yanvar 2024 16:10 934


Bu gün Joze Mourinyonu istefaya göndərən "Roma" artıq yeni baş məşqçi tapıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Komanda keçmiş yarımmüdafiəçi Daniele De Rossiyə tapşırılacaq. 

De Rossi ən az bu mövsümün sonuna kimi A seriyası təmsilçisinə rəhbərlik edəcək.  Toyuqlu pizza

De Rossi 2002-2019-cu illərdə "Roma"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matça çıxıb, 63 qol vurub və 60 qolun ötürməsini verib. De Rossi karyerası ərzində yalnız SPAL-a (İtaliya) baş məşqçilik edib. 

Əlavə edək ki, "Roma" A seriyasının 20 turundan sonra 29 xal toplayıb və 9-cu pillədə qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!