Paraqvayda saxlanılan əfsanəvi braziliyalı futbolçu Ronaldinyo mətbuata açıqlama verib.
Yenisabah.az xəbər verir ki, Ronaldinyo ev dustaqlığını necə keçirdiyi barədə danışıb.
O, saxlanıldığı oteldə hər cür şəraitin olduğunu bildirib: “Oteldə əla şərait var, hər şey yaxşıdır. Artıq 60 gün keçib. Çox sakitik və bizim durumumuzun yaxşı olması üçün burada hər şey edirlər. pizza hut
Demək olar ki, hər gün idmanla məşğul oluruq. Burada trenajor zalı var. Üstəlik, qaldığım oteli də bizə uyğun şəkildə adaptasiya ediblər”.
Ronaldinyo və qardaşı saxta sənəddən istifadə ittihamı ilə Paraqvayda həbs olunmuşdular. Aprelin 9-da onlar 1,6 milyon dollar girov müqabilində həbsxanadan ev dustaqlığına buraxılıblar. Ronaldinyonun qaldığı otelin bir gecəsi 380 dollaradır. (Sportinfo.az )
Telegram kanalımız