Ronaldinyo həbsdən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Ronaldinyo həbsdən azad edildi

İdman

08 Aprel 2020 01:14 935


Braziliya futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo Paraqvay həbsxanasını tərk edib.

Yenisabah.az xəbər verir ki, Ronaldinyo həbs cəzasından azad edilib və hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Beləliklə, sabiq futbolçu həbsxanada 1 ay keçirib.

Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə həbs olunmuşdular. Martın 5-də Paraqvayın baş prokuroru braziliyalının həbsinə order verib. Amma növbəti gün sabiq futbolçu həbsdən azad edilib. Dördpendirli pizza

Lakin bir neçə saat sonra Ronaldinyo yenidən baş prokurorluğun sorğusu əsasında həbs olunub. Məhkəmə onun həbs müddətini altı aya qədər uzatmaq barədə hökm çıxarıb.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!