Ronaldinyo içkiyə qurşanıb:   Ayıq vaxtı olmur

saytların hazırlanması

Evə çatdırılma

Ronaldinyo içkiyə qurşanıb: Ayıq vaxtı olmur

İdman

19 Mart 2021 17:04 1142


Əfsanəvi futbolçu Ronaldinyo depressiyaya düşüb.

Yenisabah.az xəbər verir ki, üst-üstə üzləşdiyi problemlərdən sonra ötən ay koronavirus xəstəliyindən anasını da itirən Ronaldinyo ağır günlər keçirir. Sabiq futbolçunun anası ilə arasında güclü bir bağ olub. Onun vəfatından sonra Ronaldinyo spirtli içkiyə qurşanıb.

“Lance” qəzetinə danışan Ronaldinyonun bir yaxını deyib: “O, səhər tezdəndən alkoqol qəbul etməyə başlayır. Bütün günü də belə keçir. Hər gün fərqli partilərə gedir. Ətrafında çoxlu pis niyyətli insan var. Ronaldinyo böyük ürəyə sahib insandır, bəziləri isə bundan istifadə edir. Ona çox zərər verirlər”. pizza mizza

Qeyd edək ki, Ronaldinyo saxta pasport daşıdığına görə ötən il Paraqvayda həbs olunub. 32 günlük həbs həyatından sonra o, 1,6 milyon dollar girov müqabilində ev dustaqlığını buraxılmış və 5 aylıq bu müddəti oteldə keçirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!